Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına (Aİ) üzvü olması mümkün deyil.
”PostMedia” xəbər verir ki, bunu bu gün Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edən Rusiya Prezidenti Vladimir Putin deyib:
Rusiya lideri qeyd edib ki, Moskva İrəvan ilə Brüssel arasında münasibətlərin inkişafına sakit yanaşır. Bununla belə, o vurğulayıb ki, Ermənistan eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz.
“Görürük ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə edir. Biz buna tam sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü dövlətlərlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır”, – deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.
