Gürcüstanda "Denge" virusuna yoluxma faktı qeydə alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, yoluxma halı ötən həftə təsdiqlənib.
"Denge" virusu ağcaqanadların dişləməsi vasitəsilə ötürülür. "Denge" qızdırmasının inkubasiya dövrü adətən 5–7 gün təşkil edir, klassik formada isə 15 günə qədər uzana bilər.
Xəstəlik güclü üşütmə və bədən hərarətinin 39–41°C-yə qədər yüksəlməsi ilə başlayır. Həmçinin güclü baş ağrıları, əzələ və oynaq ağrıları da xarakterik əlamətlərdir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
