6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Səhiyyə

Vəzifəsindən ayılan həkim açıqlama yaydı - Allah körpələrimizi qorusun!

13-may-2026
Vəzifəsindən ayılan həkim açıqlama yaydı - Allah körpələrimizi qorusun!
Yazı Ölçüsü:
Ötən gün vəzifəsindən azad edilən Respublika Pediatriya Mərkəzinin Direktoru Azər Əhmədov açıqlama yayıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabında qeyd edib.
A.Əhmədov açıqlamasında ona tapşırılan işin öhdəsindən gəldiyini qeyd edib:
"Dəyərli dostlar, məsləkdaşlar!
Dünən etibarilə Respublika Pediatriya Mərkəzinin Direktoru vəzifəsindən ayrıldım. Vəzifə Dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız, hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.
Daha nə olsun...
Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.
Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olar komandaya təşəkkür edirəm.
Allah körpələrimizi qorusun!"
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031