6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

“e-Tabib” mobil tətbiqi fəaliyyətini dayandırır

13-may-2026, 10:02
“e-Tabib” mobil tətbiqi fəaliyyətini dayandırır
Yazı Ölçüsü:
“e-Tabib” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırır.
"PostMedia" xəbər verir ki, bu bərədə TƏBİB məlumat yayıb.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.
Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.
Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031