6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Yaponiyada ayının küçələrə çıxması səbəbilə təxminən 100 məktəb bağlanıb

09-iyun-2026
Yaponiyada ayının küçələrə çıxması səbəbilə təxminən 100 məktəb bağlanıb
Yazı Ölçüsü:

Yaponiyanın Utsunomiya şəhərində sakinlər bir neçə gündür küçələrdə görünən ayı səbəbilə qorxu içində yaşadığından, təxminən 100 məktəb müvəqqəti bağlanıb.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Tokiodan təxminən 100 km şimalda yerləşən və yarım milyon əhalisi olan şəhər hakimiyyəti şənbə günü şəhər parklarından birinin yaxınlığında Himalay ayısının görülməsindən sonra sərt tədbirlər görüb. Nəticədə şəhərdəki 94 ibtidai və orta məktəb bağlanıb.

Məlumata görə, bir neçə gündür kameralar heyvanı şəhərin müxtəlif rayonlarında qeydə alır. Bildirilir ki, bu il Yaponiyada ayıların insan məskənlərinə çıxması rekord səviyyəyə çatıb — təxminən 50 min hadisə qeydə alınıb və bunların əksəriyyəti ölkənin şimal-şərqində baş verib.

Daha sonra Asahi Şimbun qəzeti ayının artıq tutulduğunu xəbər verib. O, evlərdən birinin həyətində gizlənərkən anestezik silahla vurulub və daha sonra şəhərdən kənara köçürülüb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930