6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Çeçenistan universiteti Azərbaycanla təhsil sahəsində əməkdaşlığı genişləndirir

02-iyun-2026, 20:07
Çeçenistan universiteti Azərbaycanla təhsil sahəsində əməkdaşlığı genişləndirir
Yazı Ölçüsü:

Çeçenistan Dövlət Pedaqoji Universiteti (ÇDPU) Azərbaycan təhsil və elm qurumları ilə əməkdaşlığını genişləndirməyi planlaşdırır.

Universitetin rektoru İsmayıl Bayxanov bildirib ki, ÇDPU nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub və yeni sazişlər imzalanıb.

"PostMedia" xəbər verir ki, əməkdaşlıq çərçivəsində rus dili üzrə dəstək proqramları, müəllimlər üçün metodiki layihələr, tələbə və müəllim mübadiləsi, eləcə də birgə təhsil layihələri həyata keçirilir.
Qeyd olunub ki, əməkdaşlıq nəticəsində Azərbaycanda Rus dilində Açıq Təhsil Mərkəzi yaradılıb və bir neçə Azərbaycan universiteti ilə birgə layihələr inkişaf etdirilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031