6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran regiondakı ABŞ hərbi bazalarına zərbələr endirib

16-iyul-2026, 08:42
İran regiondakı ABŞ hərbi bazalarına zərbələr endirib
Yazı Ölçüsü:
İranın "Arash" pilotsuz uçuş aparatları Küveytdəki "Əli əl-Salem" aviabazasında ABŞ ordusuna məxsus radar sistemlərini, "Patriot" hava hücumundan müdafiə komplekslərini və yanacaq çənlərini vurub.
"PostMedia" xəbər veri ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, hücumların növbəti dalğası zamanı pilotsuz aparatlarla Bəhreyndəki "Şeyx İsa" aviabazasında yerləşən ABŞ ordusunun "Superhawk" radar sistemləri və "Patriot" kompleksləri də hədəfə alınıb.
İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həyata keçirilən PUA və raket zərbələri nəticəsində bazalara ciddi ziyan dəydiyini iddia edib.
"Press TV" isə İran ordusunun İordaniyada ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə sistemləri və yanacaq anbarlarına da zərbələr endirdiyini bildirib.
"ParsToday" portalının "Al Mayadeen" telekanalına istinadən yaydığı məlumata görə, İranın İraqın şimalındakı Ərbilə endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı hərbçi həlak olub.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031