6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Romada keçirilən danışıqları başa çatdırıb

15-iyul-2026, 20:58
Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Romada keçirilən danışıqları başa çatdırıb
Yazı Ölçüsü:

Livan və İsrail çərşənbə günü ABŞ-ın vasitəçiliyi ilə Romanın ABŞ səfirliyində keçirilən danışıqları yekunlaşdırıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmisi bildirib ki, Cənubi Livanın bəzi ərazilərindən İsrail qoşunlarının çıxarılmasına yaxın günlərdə başlanmasına imkan verə biləcək planın icrasında irəliləyiş əldə olunub.

Çərşənbə axşamı və çərşənbə günləri iki uzunmüddətli rəqib ölkə səfirlər səviyyəsində danışıqlar aparıb. Bu, martın 2-də İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında başlayan yeni müharibədən sonra keçirilən altıncı birbaşa görüş olub.

ABŞ-nin vasitəçiliyi ilə iyunun 26-da əldə olunan çərçivə sazişinə əsasən, tərəflər "pilot zona" layihəsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Layihə silahlı qrupların, əsasən də "Hizbullah"ın tərksilah edilməsini, Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsini və İsrail qüvvələrinin hələ də nəzarətdə saxladığı Livan ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.

ABŞ rəsmisi iki günlük danışıqları "məhsuldar və müsbət" adlandıraraq bildirib ki, pilot zonanın yaradılması prosesinin strukturu və əsas prinsipləri razılaşdırılıb. Onun sözlərinə görə, bu mexanizm yaxın günlərdə yekunlaşdırılacaq və tətbiq ediləcək.

Rəsmi əlavə edib ki, növbəti mərhələdə texniki danışıqlar aparılacaq. Məqsəd çərçivə sazişinin icrasını təmin etmək və İsrail ilə Livan arasında daha geniş razılaşmaya nail olmaqdır.

Hazırda İsrail ordusu sərhəd boyunca Livan ərazisinin təxminən 10 kilometr dərinliyinə qədər uzanan bufer zonaya nəzarət edir. İsrail rəsmiləri bunun ölkənin şimal yaşayış məntəqələrini "Hizbullah"ın hücumlarından qorumaq üçün zəruri olduğunu bildirirlər.

Livan İsraili qoşunlarını dərhal geri çəkməyə çağırsa da, İsrail "Hizbullah" silahlı olduğu müddətdə qüvvələrinin Cənubi Livanda qalacağını bəyan edib.

Birbaşa danışıqlar İsrailin vaxtaşırı endirdiyi ölümcül zərbələrə və "Hizbullah"ın sərt etirazlarına baxmayaraq davam edir. "Hizbullah" tərksilah olunmaqdan imtina edir və bildirir ki, müharibənin dayandırılması və İsrail qoşunlarının çıxarılması yalnız müttəfiqi İranın təzyiqi ilə mümkün ola bilər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031