6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan ABŞ-Türkiyə münasibətlərindəki problemlərin Trampla birlikdə həll olunacağına ümid edir

07-iyul-2026, 19:29
Ərdoğan ABŞ-Türkiyə münasibətlərindəki problemlərin Trampla birlikdə həll olunacağına ümid edir
Yazı Ölçüsü:

Ərdoğan ABŞ Prezidenti ilə birlikdə iki ölkə arasındakı mövcud problemlərin həllinə nail olacağına inanır.

"PostMedia" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ankarada keçirilən sammiti çərçivəsində Trampla görüşündən sonra sosial şəbəkədə paylaşdığı mesajda qeyd edib.
“Əziz dostum Donald Trampı ölkəmizdə salamlamaqdan məmnun oldum. İnanıram ki, həmrəyliyimiz və möhkəm münasibətlərimiz sayəsində gündəmdəki bir çox məsələni uğurla həll edəcəyik”, – deyə Ərdoğan yazıb.
Görüşdən əvvəl Türkiyə Prezidenti bildirib ki, Trampla Ukrayna münaqişəsi, İran ətrafındakı vəziyyət, Qəzza zolağındakı son hadisələr və ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırır.
Ərdoğan bildirib ki, ABŞ-ın Türkiyəni F-35 döyüş təyyarələrinin istehsalı və alınması proqramına yenidən qəbul edəcəyinə ümid edir. Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün ABŞ onu bu proqramdan çıxarıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031