6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp: "Mən olmasaydım, Türkiyə İranın tərəfində müharibəyə qoşula bilərdi"

07-iyul-2026, 19:22
Tramp: "Mən olmasaydım, Türkiyə İranın tərəfində müharibəyə qoşula bilərdi"
Yazı Ölçüsü:

ABŞ Prezidenti bildirib ki, əgər ABŞ vasitəçilik etməsəydi, Türkiyə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı Tehranın tərəfini tutaraq münaqişəyə qoşula bilərdi.
"PostMedia" xəbər verir ki, Tramp bu fikri Türkiyə Prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
ABŞ Prezidenti Türkiyəni Vaşinqtonun mühüm müttəfiqi adlandıraraq iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib. O bildirib ki, Ankara ilə Təl-Əviv arasında gərgin münasibətlər Türkiyənin münaqişəyə qoşulmasına səbəb ola bilərdi.
“Türkiyə güclü hərbi dövlətdir. Onlar müharibəyə qoşula bilərdilər, amma bunu etmədilər. Ola bilsin ki, buna mənim təsirim oldu”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında atəşkəsin əldə olunması istiqamətində danışıqlar davam edir və tərəflər texniki məsləhətləşmələrin keçirilməsi barədə ilkin razılıq əldə ediblər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031