6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin: "Rusiya–Azərbaycan münasibətləri dost və strateji əməkdaşlıq səviyyəsində inkişaf edir"

04-iyun-2026, 23:45
Putin: "Rusiya–Azərbaycan münasibətləri dost və strateji əməkdaşlıq səviyyəsində inkişaf edir"
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə Azərbaycanla münasibətlərə dair müsbət fikirlər səsləndirib.
"PostMedia" xəbər verir ki, prezident , Rusiya və Azərbaycan arasında münasibətlərin həmişə yaxşı olduğunu və bu gün də dostluq xarakteri daşıdığını xatırladıb. Onun sözlərinə görə, iki ölkə həm iqtisadi, həm də siyasi sahədə sıx əməkdaşlıq edir və bir neçə il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında müqavilə uğurla inkişaf etdirilir.
Putin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu müqavilənin məzmununun konkret layihələrlə zənginləşdirilməsinə böyük töhfə verir. O, həmçinin bildirib ki, Rusiya iqtisadiyyatından Azərbaycana artıq 10 milyard dollardan çox investisiya yatırılıb və iki ölkə arasında çoxsaylı müəssisələr fəaliyyət göstərir.
Dövlət başçısı humanitar sahədə də əməkdaşlığın geniş olduğunu, Rusiyada çox sayda azərbaycanlının çalışdığını və onların ailələrinə pul göndərdiyini bildirib.
Putin həmçinin logistika və nəqliyyat sahəsində, xüsusilə “Şimal–Cənub” nəqliyyat dəhlizi layihəsində qarşılıqlı marağın olduğunu vurğulayıb. O əlavə edib ki, bölgədəki bəzi hadisələrə görə proseslər müəyyən qədər yavaşlasa da, layihə hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.
Prezident həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artır və qarşılıqlı mal mübadiləsi üçün yeni imkanlar yaranır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031