6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin dünya informasiya agentlikləri ilə görüşüb

04-iyun-2026, 23:24
Putin dünya informasiya agentlikləri ilə görüşüb
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin Konstantinovski sarayında dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.
"PostMedia" xəbər verir ki, bu tədbirdə Azərbaycanı AzərTAc təmsil edib. Görüşü ənənəvi olaraq "TASS" informasiya agentliyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu günlərində təşkil edib. Görüş bu il artıq 10-cu dəfə keçirilib.
Danışıq “sual-cavab” formatında aparılırb və Rusiya Federasiyasının daxili və xarici siyasətinin aktual məsələlərinə, həmçinin beynəlxalq hadisələrə həsr olunub.
Görüşdə AFP (Fransa), Associated Press (ABŞ), DPA (Almaniya), EFE (İspaniya), MENA (Misir), Press Trust of India (Hindistan), AzərTAc (Azərbaycan), BelTA (Belarus), “Kabar” (Qırğızıstan), Xinhua (Çin) və Qazaxıstan Prezidentinin tele-radio kompleksi iştirak edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031