Amerikalı mütəxəssislər Metsamor AES-lə bağlı bir sıra məsələlərə dəstək vermək üçün Ermənistana gediblər.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat yayan ABŞ-nin Ermənistandakı səfirliyi erməni-amerikan mülki nüvə əməkdaşlığında davam edən irəliləyişi alqışlayıb.
ABŞ Dövlət Departamentinin “Kiçik modul reaktor texnologiyasından məsuliyyətli istifadə üçün əsas infrastruktur” proqramı çərçivəsində mayın 19-22-də “Sargent & Lundy” şirkətinin ekspertləri Ermənistanda olublar və kiçik modul reaktor texnologiyası ilə bağlı texniki məsləhət dəstəyi göstəriblər.
“Sargent & Lundy” şirkəti Ermənistan rəsmiləri ilə birlikdə işləyərək Metsamor AES-in yeni nəsil Amerika kiçik modul reaktor texnologiyaları ilə əvəz olunmasının mümkünlüyünə dair ilkin texniki-iqtisadi qiymətləndirməni başa çatdırıb.
Əsas məqamlar odur ki, Ermənistanda istifadəyə verilə biləcək ən uyğun 4 Amerika kiçik modul reaktor texnologiyası seçilib, texniki dəstək MAQATE-nin ən yaxşı təcrübələrinə uyğunlaşdırılıb, diqqət mərkəzində nüvə təhlükəsizliyi, mühafizə və yayılmama üzrə ən yüksək standartlar olub və Metsamor AES istismardan çıxarıldıqdan sonra onu əvəz edəcək güclərin yaradılması variantları nəzərdən keçirilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
