6°C Bakı
1$ = 1.70₼
Siyasət

Keçmiş məhkəmə hakimi və sədri Vəkillər Kolelgiyasından xaric edilib

16-iyul-2026, 11:30
Keçmiş məhkəmə hakimi və sədri Vəkillər Kolelgiyasından xaric edilib
Yazı Ölçüsü:

Xəbər verdiyimiz kimi ötən gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasda bir sıra məsələlər müzakirə edilib. Eyni zamanda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

PostMedia”nın əldə etdiyi məlumata görə, Kollegiyadan çıxarılan vəkil Nuriyev İlham Qubad oğludur.

Qeyd edək ki, bir neçə gün öncə vəkil Qocayev Babək Lətif oğlu da Kollegiyadan çıxarılıb.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasına sorğu ünvanlanıb.

Xatırladaq ki, İlham Nuriyev 2012-2013-cü illərdə Qazax Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini tutub.
Prezident İlham Əliyevin 4 oktyabr 2013-cü ildə imzaladığı Sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə İ.Nuriyevin Qazax Rayon Məhkəməsinin hakimi və sədri səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

İlham Nuriyev

İlham Nuriyev


Babək Qocayev

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31