N/A°C Bakı
1$ = 1.70₼
Daxili xəbərlər

QHT Agentliyinin Naxçıvanda filialı yaradılır

06-yanvar-2026
Turan Hüseynli
QHT Agentliyinin Naxçıvanda filialı yaradılır
Yazı Ölçüsü:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialı yaradılacaq.
PostMedia” xəbər verir ki, bu barədə qərar QHT Agentliyinin Müşahidə Şurasının bu gün yeni tərkibdə keçirilən görüşüəndə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev QHT Agentliyinin Müşahidə Şurasının siyahısında dəyişiklik edib.
Qurumun Müşahidə Şurasında Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələri təmsil olunur. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:
1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;
2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;
3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;
4) Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;
5) Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;
6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;
7) Fizzə Mirzəyeva - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;

Fuad Məmmədov isə QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

Kateqoriyalar