6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İncəsənət

“Azərxalça”nın xalçaları Tbilisidə Gürcüstan Milli Muzeyinə hədiyyə olundu - FOTOLAR

07-aprel-2026
“Azərxalça”nın xalçaları Tbilisidə Gürcüstan Milli Muzeyinə hədiyyə olundu - FOTOLAR
Yazı Ölçüsü:

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Birinci xanım muzeydə bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid sərgilənən eksponatlarla tanış olub. 

"PostMedia" "Azərxalça" ASC-yə istinadən xəbər verir ki, ekspozisiyalarla tanışlıqdan sonra Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça” ASC-nin istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. 

Xatırladaq ki, “Mədəni irsə yeni baxış” xalça kolleksiyası “Azərxalça” ASC və dünyada məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın təsisçisi olduğu “AFFFAIR” -in birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda - cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin daimi kolleksiyasına hədiyyə edilib.

Müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ Zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031