6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ədəbiyyat

Ədəbiyyat üzrə Nobel mükafatının laureatı bəlli

09-oktyabr-2025
Ədəbiyyat üzrə Nobel mükafatının laureatı bəlli
Yazı Ölçüsü:
2025-ci il Nobel Ədəbiyyat Mükafatının qalibi elan edilib.
"PostMedia" xəbər verir ki, mükafat Macarıstan yazıçısı, postmodernizm cərəyanının nümayəndəsi Laslo Krasnaxorkaiyə verilib.
İsveç Akademiyasının açıqlamasına görə, o, “apokaliptik xaosun fonunda incəsənətin gücünü yenidən təsdiqləyən vizioner əsərlərinə görə” mükafata layiq görülüb.
Məlumata əsasən, Nobel Komitəsi artıq yazıçı ilə əlaqə saxlayıb və Krasnaxorkai Frankfurt şəhərində olub. Mükafatın məbləği 11 milyon İsveç kronu (təxminən 870 min avro) təşkil edir.
Qeyd edək ki, bu il Nobel mükafatı 118-ci dəfə təqdim olunur.
71 yaşlı yazıçı "Satanin Tango" və "Müqavimətin Melanxoliyası" kimi əsərləri ilə tanınır. Onun romanları qapalı, depressiv məkanlarda baş verən hadisələri təsvir edir və insan həyatının mənasızlığı, ümidsizliyi və manipulyasiya mövzularına toxunur. Tənqidçilər onu “apokalipsis ustası” adlandırır, bəziləri isə onu Kafka, Tolstoy və Dostoyevski ənənələrinin davamçısı kimi qiymətləndirir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031