6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

Bu ilin yanvar-mart aylarında 10 Azərbaycan vətəndaşı Ermənistana səfər edib

12-may-2026
Bu ilin yanvar-mart aylarında 10 Azərbaycan vətəndaşı Ermənistana səfər edib
Yazı Ölçüsü:
2026-cı ilin yanvar-mart aylarında 10 nəfər Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın "Pastinfon" saytı məlumat yayıb.
Onlar Ermənistanda orta hesabla 38 gün keçiriblər.
Xatırladaq ki, 2025-ci ildə heç bir Azərbaycan vətəndaşı Ermənistana səfər etməyib.
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana səfər ediblər. Söhbət həmin proqram çərçivəsində Ermənistana səfər edənlərdən gedir.
Amma qəribə olan odur ki, Emənistan Milli Statistika Komitəsinin məlumatına görə, onlar Ermənistanda 38 gün keçiriblər.
Türkiyə vətəndaşlarının Ermənistana marağı da artıb. Bu ilin yanvar-mart aylarında həmin ölkədən Ermənistana 3025 turist səfər edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Həmin dövrdə ölkəmizə 2422 turist səfər edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930