Yaxın Şərq böhranı fonunda Azərbaycan əsas tranzit marşrutlar siyahısında qalır
19-mart-2026
tural
Yazı Ölçüsü:
Yaxın Şərqdəki münaqişə fonunda Rusiya vətəndaşları xaricə uçuşlar üçün istifadə etdikləri tranzit marşrutlarının təxminən üçdə birini itiriblər.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Assosiasiyanın bildirdiyinə görə, Fars körfəzi üzərində hava məkanının bağlanmasından sonra Rusiyadan xaricə səfər edənlər üçün mövcud tranzit marşrutların sayı 30–35% azalıb. Hazırda fəaliyyət göstərənlər isə itirilmiş marşrut şəbəkəsini tam kompensasiya edə bilmir.
Qeyd olunur ki, hazırda tranzit üçün əlçatan istiqamətlər siyahısına 15 məntəqə daxildir və onların arasında Azərbaycan da yer alır. Digər istiqamətlərə Əlcəzair, Ermənistan, Gürcüstan, Vyetnam (Hanoi), Misir (Qahirə), Qazaxıstan, İordaniya, Çin (Pekin, Şanxay), Serbiya, Mərakeş, Tailand (Banqkok), Özbəkistan (Daşkənd), Türkiyə (İstanbul) və Efiopiya daxildir.
Ekspertlər qeyd ediblər ki, mövcud marşrutlar arasında əsas lider İstanbul Hava Limanı-dır və ümumi tranzitin 30–35%-ni özündə cəmləşdirir. Şanxay və Pekin isə birlikdə əlavə 15–20% paya malikdir.
Digər istiqamətlər – Belqrad, Əlcəzair, Kasablanka və Əddis-Əbəbə – xeyli daha az paya sahibdir və hər biri ümumi çıxış həcminin 1%-inə belə çatmır.