6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

“Samsung” süni intellekt çipləri üçün yeni zavodunu planlaşdırılandan tez işə salacaq

13-iyul-2026, 02:27
“Samsung” süni intellekt çipləri üçün yeni zavodunu planlaşdırılandan tez işə salacaq
Yazı Ölçüsü:

“Samsung Electronics” Cənubi Koreyanın Yonqin (Yongin) şəhərində tikilən yeni çip istehsalı klasterində ilk yarımkeçirici zavodunu 2029-cu ildə – ilkin plandan 1-2 il əvvəl istifadəyə verməyi planlaşdırır.

PostMedia” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Layihənin sürətləndirilməsi Yonqin Milli Sənaye Kompleksinin inkişafı üzrə dövlət proqramının aktivləşdirilməsi ilə əlaqələndirilir. “Samsung” burada altı yarımkeçirici istehsalı müəssisəsi qurmağı planlaşdırır.

Şirkət hesab edir ki, ilk zavodun daha tez istifadəyə verilməsi süni intellekt çiplərinə qlobal tələbatın sürətlə artmasına operativ cavab verməyə imkan yaradacaq.

“Samsung” daha əvvəl “Pxyonqtek” və “Yonqində” yarımkeçirici klasterlərinin inkişafına 2,03 kvadrilyon von (təxminən 1,35 trilyon dollar), həmçinin Kvancju şəhərində iki yeni zavodun tikintisinə əlavə 400 trilyon von investisiya yatırmağı planlaşdırdığını açıqlamışdı.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31