6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Mərkəzi Bank beynəlxalq sığorta təhsili sahəsində yeni əməkdaşlığa başlayır

20-iyul-2026, 12:10
Mərkəzi Bank beynəlxalq sığorta təhsili sahəsində yeni əməkdaşlığa başlayır
Yazı Ölçüsü:
Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir.
"PostMedia" xəbər verir ki, bu məqsədlə Böyük Britaniyanın nüfuzlu "Chartered Insurance Institute" ilə strateji tərəfdaşlığın qurulması istiqamətində mühüm addım atılıb.
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında keçirilən görüşdə sığorta və maliyyə xidmətləri sahəsində insan kapitalının inkişafı, eləcə də Azərbaycanın beynəlxalq standartlara cavab verən regional sığorta tədris və təlim mərkəzinə çevrilməsi perspektivləri müzakirə olunub.
Tərəflər arasında əldə olunan ilkin razılığa əsasən, "Chartered Insurance Institute"un professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Yeni əməkdaşlıq çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, həmçinin bu sahədə karyera qurmaq istəyən şəxslər sığorta və risklərin idarə edilməsi üzrə dünyanın aparıcı peşəkar institutlarından birinin təhsil proqramlarından yararlanmaq imkanı əldə edəcəklər.
Bu təşəbbüs ölkədə əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, eyni zamanda sığorta sektorunda beynəlxalq təcrübənin tətbiqinin genişlənməsinə töhfə verəcək.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031