TRIPP layihəsi ilə bağlı Ermənistan və Amerika Birləşmiş Ştatları arasında imzalanmış sazişin ratifikasiya prosedurunun mümkün qədər tez təmin olunması vacibdir.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Bu barədə o, iyunun 9-da keçirilən müşavirədə çıxış edib.
“Nikol Paşinyan qeyd edib ki, maliyyə imkanları ilə bağlı narahatlıq yoxdur, çünki yaxın dövrdə Ermənistanda böyük investisiya fəallığı gözlənilir. TRIPP layihəsi milyardlıq bir proqramdır və ardınca yeni milyardların axınına səbəb olacaq. Biz burada daha inamlı olmalıyıq. Təcrübə göstərir ki, əsas məsələ pul deyil, əsas məsələ məzmundur. Əgər nə etdiyimizi və niyə etdiyimizi bilsək, maliyyə məsələləri həmişə həll olunur.