6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Qırğızıstanda yanacaq ixracına tam qadağa qoyulub

14-iyul-2026, 13:41
Qırğızıstanda yanacaq ixracına tam qadağa qoyulub
Yazı Ölçüsü:

Qırğızıstan hökuməti ölkədən yanacaq ixracına tam qadağa tətbiq edib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki. qərar daxili bazarda yanacaq çatışmazlığının qarşısını almaq və sabit təchizatı təmin etmək məqsədi ilə qəbul olunub.

Qadağa hətta Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrə ixraca da şamil edilir. İstisna yalnız nəqliyyat vasitələrinin standart yanacaq çənlərində olan yanacaq-sürtkü materiallarına aiddir.

Bununla yanaşı, hökumət avtomobil nəqliyyatı ilə yanacaq idxalına 2019-cu ildən qüvvədə olan məhdudiyyəti ləğv edib.

Qırğızıstan daha əvvəl yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən Azərbaycan, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistandan sabit yanacaq tədarükünün təmin edilməsinə kömək istəyib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031