6°C Bakı
1$ = 1.70₼
İdman

"Ağ Ev": Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək

17-iyul-2026, 01:35
"Ağ Ev": Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp FIFA-nın Nyu-Yorkda keçiriləcək qəbulunda iştirak edəcək və futbol üzrə dünya çempionatının final oyununu izləyəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Ağ Ev"in mətbuat katibi Kerolayn Levitt bildirib.
Onun sözlərinə görə, Tramp cümə günü Nyu-Yorkda yerləşən "Trump Tower"də FIFA-nın rəsmi qəbuluna qatılacaq, bazar günü isə İspaniya və Argentina milliləri arasında keçiriləcək dünya çempionatının final oyununu tribunadan izləyəcək.
Final qarşılaşması iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək. Argentina hazırkı dünya çempionudur və bu titulu indiyədək üç dəfə qazanıb.
Daha əvvəl verilən məlumata görə, Donald Tramp oyundan sonra qalib komandaya kuboku təqdim edəcək.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31