6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Frankfurt hava limanında Lufthansa təyyarəsinin şassisi qırılıb, xəsarət alanlar var

04-iyun-2026, 19:25
Frankfurt hava limanında Lufthansa təyyarəsinin şassisi qırılıb, xəsarət alanlar var
Yazı Ölçüsü:

"Lufthansa" şirkətinə məxsus "Boeing 787" təyyarəsinin ön eniş qurğusu (şassi) "Frankfurt Airport" hava limanında minik qapısının yaxınlığında qəfil qırıldıqdan sonra bir neçə əməkdaş xəsarət alıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkətin məlumatına görə, hadisə baş verən zaman sərnişinlər hələ təyyarəyə minməmişdilər. Təyyarədə yalnız ekipaj üzvləri və yerüstü xidmət personalı olub.

Qəza nəticəsində bir neçə əməkdaş yaralanıb və tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.

Hadisə yerində genişgövdəli, iki mühərrikli təyyarənin ətrafını mühasirəyə almış bir neçə fövqəladə xidmət avtomobilini müşahidə edilib. Təyyarənin burun hissəsi şassinin qırılması səbəbindən qismən yerə söykənmiş vəziyyətdə olub.

Hadisə yerli vaxtla təxminən saat 12:45-də (GMT ilə 10:45) baş verib. Təyyarə "Los Angeles" istiqamətində LH450 reysini yerinə yetirməli olub.

"Lufthansa" bildirib ki, hadisənin səbəbləri və bütün təfərrüatları aidiyyəti qurumlarla birlikdə araşdırılır.

Qeyd olunur ki, "Boeing 787" təyyarələri, o cümlədən aviaşirkətin istifadə etdiyi "787-9" modeli, nisbətən yaxın vaxtlarda "Lufthansa"nın aviaparkına daxil edilib və donanmanın yenilənməsi və sadələşdirilməsi strategiyasının bir hissəsi hesab olunur.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031