6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiyada yanacaq növbəsində iki nəfər ölüb

16-iyul-2026, 21:51
Rusiyada yanacaq növbəsində iki nəfər ölüb
Yazı Ölçüsü:
Rusiyada yanacaq qıtlığı fonunda yanacaqdoldurma məntəqələrində növbə gözləyən iki təqaüdçünün öldüyü bildirilir.
"PostMedia" yerli "İskra" nəşrinə istinadən xəbər verir ki, Perm diyarının Lisva şəhərində iyulun 14-ü axşam saatlarında 80 yaşlı kişi yanacaqdoldurma məntəqəsində növbə gözləyərkən vəfat edib. Səhiyyə Nazirliyi təcili tibbi yardım briqadasının reanimasiya tədbirləri gördüyünü, lakin onun həyatını xilas etməyin mümkün olmadığını açıqlayıb. İlkin səbəb kimi ürək çatışmazlığı göstərilir.
Bundan əvvəl Kareliya Respublikasının Petrozavodsk şəhərində də 75 yaşlı sürücünün yanacaq növbəsində öldüyü bildirilmişdi. "ASTRA"nın məlumatına görə, hadisə Respublika Xəstəxanasının yaxınlığında baş verib. Daxili İşlər Nazirliyi ölüm faktını təsdiqləsə də, səbəbi açıqlamayıb.
Reuters agentliyinin mənbələrinə görə, Ukrayna PUA-larının hücumlarından sonra Rusiyanın neft emalı güclərinin təxminən 40%-i sıradan çıxıb.
"EA Analytics" şirkətinin hesablamasına əsasən, iyul ayında Rusiyada gündəlik neft emalı 3,91 milyon barelə enib ki, bu da 2005-ci ildən bəri ən aşağı göstəricidir. "Energy Intelligence" isə istehsalın gündə 3,58 milyon barelə düşdüyünü bildirir və bunu 2002-ci ildən bəri minimum səviyyə kimi qiymətləndirir.
Şirkətin məlumatına görə, hazırda Rusiyada gündəlik ümumi gücü 3,1 milyon barel olan neft emalı müəssisələri fəaliyyətini dayandırıb. Aylıq yanacaq çatışmazlığı isə 400-600 min ton qiymətləndirilir.
Rəsmi məlumatlara görə, yanacaq satışına məhdudiyyətlər 40-dan çox regionda tətbiq edilib. The Insider isə oxşar məhdudiyyətlərin faktiki olaraq Rusiyanın demək olar ki, bütün bölgələrində, eləcə də Ukraynanın işğal olunmuş ərazilərində qüvvədə olduğunu yazır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031