6°C Bakı
1$ = 1.70₼
Hadisə

"Rosatom": Zaporojye AES-in baş mühəndisi Ukrayna PUA-sının hücumu nəticəsində həlak olub

15-iyul-2026, 23:04
"Rosatom": Zaporojye AES-in baş mühəndisi Ukrayna PUA-sının hücumu nəticəsində həlak olub
Yazı Ölçüsü:

Ukrayna hərbçilərinin məqsədli zərbəsi nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlev həlak olub.

"PostMedia" "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.

Lixaçovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Zaporojye AES-in xidmət avtomobili olan "Toyota Camry" markalı avtomobilə stansiyanın sənaye ərazisi ilə Enerqodar şəhəri arasındakı ərazidə zərbə endirib.

"Baş mühəndis Aleksandr Yakovlevlə yanaşı, avtomobilin sürücüsü Dmitri Filipov da həlak olub", – deyə Lixaçov bildirib.

O, hadisəni "terror aktı" adlandırıb və bunun "Qərbin Kiyev rejiminə birbaşa dəstəyi nəticəsində mümkün olduğunu" iddia edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31