6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yerevandakı hotellərdən birində əcnəbinin meyiti tapılıb

15-iyul-2026, 20:54
Yerevandakı hotellərdən birində əcnəbinin meyiti tapılıb
Yazı Ölçüsü:

İyulun 15-də Bakı vaxtilə saat 19:00 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi və Cinayət Polis Baş İdarəsinin Yerevan şəhər idarəsinə Nork-Maraş rayonunda yerləşən məşhur "Regine" hotel kompleksinin ikinci mərtəbəsindəki otaqlardan birində meyitin olması barədə əməliyyat məlumatı daxil olub.

"PostMedia" xəbər verir ki, bu barədə "Shamshyan.com" saytı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə gələn əməkdaşlar məlumatın doğru olduğunu müəyyən ediblər.

Hotel otaqlarından birində əcnəbi vətəndaşa məxsus olduğu bildirilən kişi meyiti aşkar edilib. Meyitin əlləri, ayaqları və ağzı yapışqan lentlə bağlanmış vəziyyətdə olub.

Hadisənin başvermə səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları faktla bağlı istintaq tədbirlərini davam etdirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031