6°C Bakı
1$ = 1.70₼
Hadisə

ABŞ-də oyuncaq zürafaya minən kişi mağazanı qarət edib

14-iyul-2026, 17:03
ABŞ-də oyuncaq zürafaya minən kişi mağazanı qarət edib
Yazı Ölçüsü:

ABŞ-nin Kaliforniya ştatında bir kişi oyuncaq zürafaya minərək xeyriyyə mağazasının qarşısında saxlanılan ianə əşyalarını oğurlayıb.

"PostMedia" xəbər verir ki, “KMPH FOX26” telekanalının məlumatına görə, hadisə “Small Town Thrift” mağazasının qarşısında baş verib. Şübhəli şəxs qeyri-adi “nəqliyyat vasitəsi” ilə mağazanın girişinə yaxınlaşıb və qapının qarşısında qoyulan bağışlanmış əşyaları götürməyə başlayıb.

Mağaza sahibi onu saxlamağa çalışsa da, aralarında mübahisə yaranıb. Kişi bildirib ki, əşyalar girişdə qoyulubsa, deməli, heç kimə lazım deyil. Daha sonra oyuncaq zürafanın üzərinə minib və əşyalarla birlikdə ərazidən uzaqlaşıb.

Bir neçə saat sonra mağazaya gələn naməlum şəxslər qalan əşyaların bir hissəsini də aparıblar. Şübhəlinin saxlanılması və oğurlanan əşyaların dəyəri barədə məlumat verilməyib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31