6°C Bakı
1$ = 1.70₼
Hadisə

Gürcüstan müxalifət lideri Aleko Elisaşvili 13 il həbs cəzası alıb

10-iyul-2026, 21:06
Gürcüstan müxalifət lideri Aleko Elisaşvili 13 il həbs cəzası alıb
Yazı Ölçüsü:

Tbilisi Şəhər Məhkəməsi müxalifətdəki "Güclü Gürcüstan–Lelo" koalisiyasının liderlərindən Aleko Elisaşvilini terror aktına cəhd ittihamı ilə 13 il azadlıqdan məhrum edib.

"PostMedia" istintaqın məlumatına əsasən xəbər verir ki, Elisaşvili ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsinin inzibati binasını yandırmağa cəhd edib. Bildirilir ki, o, gecə saatlarında binanın şüşəsini çəkiclə sındıraraq içəri daxil olub, ofis avadanlıqlarının üzərinə tezalışan maye töküb və mühafizə əməkdaşları ilə qarşıdurmaya girib.

Məhkəmədə çıxış edən Elisashvili isə hərəkətlərinin Gürcüstanın mövcud hakimiyyətinə etiraz məqsədi daşıdığını bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31