6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rəfiqələrin yeni il yığıncağı: Bir o birsinin çantasından 5 minlik qızıl oğurladı

09-iyul-2026, 14:26
Rəfiqələrin yeni il yığıncağı: Bir o birsinin çantasından 5 minlik qızıl oğurladı
Yazı Ölçüsü:
Bakıda tanışının evində keçirilən Yeni il məclisində rəfiqəsinə məxsus qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilən qadına hökm oxunub.
"PostMedia" "Tiraj.az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs maddi sıxıntı səbəbindən tamah niyyəti ilə 2025-ci ildə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilən Yeni il yığıncağı zamanı oğurluq edib.
İş materiallarına əsasən, zərərçəkmiş qadın loto oyunu zamanı əlindəki iki qızıl qolbağı və üç qızıl üzüyü narahatlıq yaratdığı üçün onları qızına verərək çantasına qoymasını istəyib. Qızı qızılları çantasına yerləşdirərək divanın üzərinə qoyub və üstünü gödəkçə ilə örtüb. Məclis davam etdiyi vaxt təqsirləndirilən şəxs həmin çantadan ümumi çəkisi 22,10 qram olan, 750 əyarlı, ümumi dəyəri 5 min manat təşkil edən 1 ədəd "Cartier" markalı qızıl qolbağı, 1 ədəd "Cartier" markalı qızıl üzük, 1 ədəd "Rolex" markalı qızıl qolbağı, 1 ədəd "Rolex" markalı qızıl üzük və 1 ədəd qızıl damla üzüyünü gizli yolla ələ keçirib.
Hadisədən sonra qızılların itdiyi məlum olub. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarını ertəsi gün lombarda sataraq 2750 manat əldə edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, maddi vəziyyətinin ağır olması səbəbindən bu əməli törədib. Təqsirləndirilən şəxs oğurladığı qızıllara görə zərərçəkmişə dəymiş 5 min manat məbləğində ziyanı tam ödədiyini, əməlindən səmimi peşman olduğunu deyərək məhkəmədən yüngül cəza istəyib.
Zərərçəkmiş şəxs də ifadəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin qalmadığını bildirib.Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Hökmə əsasən, o, hər gün saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsi daşımalı, Bakı şəhəri və Abşeron rayonu ərazisini məhkəmənin icazəsi olmadan tərk etməməli, yaşayış yerini dəyişdirməməli, həmçinin iş və ya təhsil yerində dəyişiklik olduqda bu barədə əvvəlcədən probasiya orqanını məlumatlandırmalıdır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031