6°C Bakı
1$ = 1.70₼
Hadisə

Hörmüz boğazında gəmilər atəşə tutulub, İranın cənubunda güclü partlayışlar baş verib

14-iyul-2026, 00:12
Hörmüz boğazında gəmilər atəşə tutulub, İranın cənubunda güclü partlayışlar baş verib
Yazı Ölçüsü:
Hörmüz boğazı və İranın cənub bölgələri növbəti hərbi gərginlik dalğası ilə üzləşib.
"PostMedia" xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentliyin öz mənbələrinə istinadən yaydığı məlumata görə, strateji əhəmiyyətli Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub. Hücuma məruz qalan gəmilərin hansı ölkələrə məxsus olduğu barədə hələlik rəsmi məlumat verilmir.
Gəmilərə hücumla paralel olaraq, İranın cənubundakı liman şəhərləri və hərbi baxımdan strateji mövqeləri də hədəf alınıb. Yerli sakinlərin verdiyi məlumata görə, Bəndər-Abbas, Konarak, Çabahara şəhərlərində və Larak adasında ard-arda güclü partlayışlar baş verib.
Şahidlərin bildirdiyinə görə, bu partlayışlara səbəb endirilən raket zərbələri olub. Məlumata əsasən, Konarak şəhərində ən azı dörd, Çabahara bölgəsində isə altıya yaxın partlayış səsi qeydə alınıb.
Hadisələrin təfərrüatları və dağıntıların miqyası barədə dəqiqləşdirmələr aparılır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31