6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

ABŞ İrana yeni zərbələr endirib

16-iyul-2026, 08:27
ABŞ İrana yeni zərbələr endirib
Yazı Ölçüsü:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr seriyasını başa çatdırdığını açıqlayıb.
"PostMedia" açıqlamaya istinadən xəbər verir ki, zərbələr İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz uçuş aparatlarına, eləcə də sahil müşahidə vasitələrinə endirilib. Bildirilib ki, məqsəd İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə təhlükə yaratmaq imkanlarını zəiflətmək olub.
Məlumata əsasən, dəqiq idarə olunan sursatlardan istifadə edilməklə Bəndər-Abbas da daxil olmaqla bir neçə bölgədə hədəflər vurulub.
ABŞ ordusu əlavə edib ki, bundan əvvəl Böyük Tunb adasında sahil müdafiə sistemləri və qanadlı raket mövqelərinə 90 dəqiqə davam edən zərbələr endirilib.
"Pars Today" isə Küveytdən İran istiqamətində ATACMS qısa mənzilli ballistik raketinin buraxıldığını iddia edib.
Məlumatlara görə, ABŞ Əhvaz şəhərində xəstəxananın ətrafına da zərbə endirib. Bildirilir ki, xəstəxana əvvəlcədən təxliyə olunub və burada xərçəng xəstəsi uşaqlar müalicə alırdı.
"Press TV" isə Semnan hava limanına endirilən aviazərbə nəticəsində xəsarət alan olmadığını, yalnız yan anqarın zədələndiyini və bir neçə pəncərənin sındığını bildirib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031