6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Türkiyədə məşhurlara qarşı geniş narkotik əməliyyatı: Sıla, İlyas Yalçıntaş və Fatih Aksoy saxlanıldı

16-iyul-2026, 09:45
Türkiyədə məşhurlara qarşı geniş narkotik əməliyyatı: Sıla, İlyas Yalçıntaş və Fatih Aksoy saxlanıldı
Yazı Ölçüsü:
Bakırköy Prokurorluğu sənətçi, aktyor, iş adamı və obyekt sahiblərinin də olduğu 25 şübhəli barəsində narkotik əməliyyatına başlanıldığını açıqlayıb.
"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Narkotik vasitələrin istifadəsini asanlaşdırmaq və istifadə üçün yer təmin etmək” ittihamlarının da yer aldığı istintaq çərçivəsində indiyədək tanınmış müğənnilər Sıla, İlyas Yalçıntaş və prodüser Fatih Aksoy da daxil olmaqla 9 məşhur saxlanılıb.
Prokurorluğun əməliyyatla bağlı açıqlamasında deyilir:
“Cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrlə mübarizə çərçivəsində Bakırköy Respublika Prokurorluğumuz tərəfindən aparılan istintaq zamanı ictimaiyyətə sənətçi, aktyor, iş adamı və obyekt sahibi kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitələrin istifadəsini asanlaşdırması və ya bunun üçün yer təmin etməsi ilə bağlı əsaslı şübhəni təsdiqləyən sübutlar əldə edildiyindən, İstanbul Vilayət Jandarma Komandanlığına 16 iyul 2026-cı il tarixində 25 şübhəli barəsində saxlanılma, axtarış, bioloji ekspertiza aparılması, ifadələrinin alınmasından sonra isə Respublika Prokurorluğumuza gətirilmələri barədə göstəriş verilib”.
Prokurorluğun həyata keçirdiyi əməliyyat çərçivəsində pop musiqisinin tanınmış ifaçıları Sıla, İlyas Yalçıntaş, eləcə də serial və kino dünyasının məşhur prodüserlərindən Fatih Aksoy da daxil olmaqla 9 tanınmış şəxsin jandarma əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Barəsində saxlanılma qərarı verilən 25 nəfər aşağıdakılardır:
Sıla Gençoğlu (saxlanılıb)
İlyas Yalçıntaş (saxlanılıb)
Mehmet Fatih Aksoy (saxlanılıb)
Ateş İnce (saxlanılıb)
Öner Faruk Işık (saxlanılıb)
Şefik Ömer Dolman (saxlanılıb)
Aybüke Albere (saxlanılıb)
Ayşe Nur Balcı (saxlanılıb)
İrem Haznedar (saxlanılıb)
Orhan Yıldı
Burak Çelik
Volkan Büyükhanlı
Büşra Tatar
Cenk Çöteli
Feyza Cihan
Asude Mercan
H. Eylem İpek Şafak
Gökhan Şafak
Ümit Aslan
Buğra Balkaya
Akın Altan
Oğuz Alp Güler
Kübra Altay
Hilal Zeynep Hedbe
Melis Selçukoğlu
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031