İran “Xətəm əl-Ənbiyə” Mərkəzi Komandanlığı ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin İranın pilotsuz uçan aparatları tərəfindən vurulduğunu açıqlayıb/
"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
“Abraham Linkoln” təyyarədaşıyan gəmi, Oman dənizində İranın dəniz sərhədlərinə yaxınlaşaraq Hörmüz boğazını nəzarət altında saxlamağa çalışarkən, İran İnqilab Keşikçiləri Korpusunun pilotsuz uçan aparatları tərəfindən vurulub.
O əlavə edib ki, gəmi sürətlə minaatan gəmiləri ilə birlikdə bölgədən uzaqlaşıb və hazırda minlərlə kilometr məsafədədir.
Bundan bir neçə gün əvvəl isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ təyyarədaşıyan gəmisinin “Real Promise 4” əməliyyatı çərçivəsində dörd ballistik raketlə vurulduğunu açıqlamışdı.
