Regionda vəziyyətin sabit qalması üçün səylər davam etdirilməlidir.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
“Deyirlər ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dilicana gəlib. Onun Dilicana gəlməsi sülh prosesinin institusional şəkildə inkişaf etdiyini göstərən əlavə təminatdır. Əgər dəvət olarsa, 2029-cu ildə Avropa Siyasi Birliyinin sammiti Bakıda keçiriləndə indidən deyirəm ki, mən Bakıya gedəcəyəm”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistanda bəzi qüvvələr Qarabağ hərəkatının davam etdirilməsini istəyirlər və buna yol verilməməlidir.
“Ermənistanda 500 mindən çox insan deyir ki, Qarabağ hərəkatını davam etdirməliyik. Biz buna imkan verməməliyik”, – deyə Paşinyan vurğulayıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
