İran tankerləri Vaşinqton və Tehran arasında əldə edilən çərçivə razılaşmasından sonra son iki ayda ilk dəfə xam neft ixracına başlayıb..
"PostMedia" CNN-ə istinadən xəbər verir ki, razılaşma, digər məsələlərlə yanaşı, İran limanlarına qarşı ABŞ blokadasının dayandırılmasını nəzərdə tutur.
"TankerTrackers" analitik şirkətinin məlumatına görə, dəniz daşımalarının monitorinqi ilə məşğul olan şirkət İran tankerlərinin artıq iki neft partiyasını uğurla ixrac etdiyini bildirir.
Şirkətin peyk görüntüləri ilə təsdiqlənən məlumatına əsasən, İran Milli Tanker Şirkətinə məxsus ən azı iki supertanker 3,8 milyon barel xam neft daşıyaraq ABŞ-nin dəniz blokadası xəttini keçib.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hürmüz boğazının razılaşdırılmış memorandum şərtlərinə uyğun olaraq yenidən açıldığını bildirsə də, daha sonra vaxtı dəyişərək boğazın sənədin rəsmi imzalanmasından sonra - cümə günü İsveçrədə açılacağını açıqlayıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
