Tailand kralı Maha Vaçiralonqkornun (Rama X) böyük qızı – şahzadə Patçara Kittiyaphan Banqkokda vəfat edib.
"PostMedia" xəbər verir ki, bu barədə kral sarayının bürosu məlumat verib.
Məlumata görə, “tibbi heyət tərəfindən göstərilən diqqətli və əhatəli qulluğa baxmayaraq”, şahzadənin vəziyyəti “tədricən pisləşib”.
“2026-cı il iyunun 11-də, cümə axşamı, saat 19:48-də o, Tayland Qızıl Xaç Cəmiyyətinə məxsus Çulalonqkorn Kral Memorial Xəstəxanasında 47 yaşında sakit şəkildə vəfat edib”, — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, qadın 2022-ci il dekabrın 15-dən bəri ürək xəstəliyi səbəbindən huşsuz vəziyyətdə xəstəxanada idi.
2022-ci ilin dekabrında Patçara Kittiyaphan Taylandın şimal-şərqində, Nakhonratçasima əyalətinin Pakçonq rayonunda itlərini məşq etdirərkən huşunu itirmişdi. Əvvəlcə yerli xəstəxanaya aparılmış, vəziyyəti sabitləşdikdən sonra isə Banqkokdakı Çulalonqkorn Kral Memorial Xəstəxanasına köçürülmüşdü. Bu müddət ərzində şahzadənin həyatı süni nəfəs aparatlarının köməyi ilə saxlanılıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
