ABŞ Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd göstərən İranın iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"PostMedia" xəbər verir ki, bu barədə iyunun 11-də "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkəsində mənbəyə istinadən məlumat verib.
“Məlumata görə, İran bu axşam Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd edib. ABŞ qüvvələri İranın iki zərbə xarakterli kamikadze dronunu vurub”, — deyə paylaşımda bildirilir.
Jurnalistin qeyd etdiyinə görə, hazırda boğazda gəmi hərəkəti davam edir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
