Ermənistanın ikinci Prezidenti Robert Koçaryana hüquq-mühafizə orqanları Zvartnots hava limanında Ermənistan ərazisini tərk etməyə icazə verməyiblər.
Qeyd edək ki, daha əvvəl Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın ofisindən bildirilmişdi ki, prezident üçgünlük səfərlə Ermənistandan gedir. Səfər şəxsi xarakter daşıyır, çoxdan planlaşdırılmışdı və seçkiqabağı sıx qrafik səbəbindən təxirə salınmışdı.
“Prezidentin əvvəlki çoxsaylı səfərləri barədə onların şəxsi xarakter daşımasına görə heç vaxt əvvəlcədən məlumat verməmişik. Lakin müxalifət nümayəndələrinin səfərləri ilə bağlı hakimiyyət tərəfindən son vaxtlar yayılan saxtakarlıqları nəzərə alaraq, ictimaiyyəti hakimiyyətin gözlənilən növbəti dezinformasiya payından qorumağı zəruri hesab edirik.”
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
