Amerikanın avtomobil istehsalçısı "Ford Motor" ABŞ-də təxminən 548,5 min avtomobili mərkəzi konsolun qapağı ilə bağlı mümkün problemlərə görə geri çağırır.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Geri çağırılma 2018–2024-cü il istehsalı olan "Ford Expedition" yolsuzluq avtomobillərinə aiddir.
Bu avtomobillərdə mərkəzi konsolun xrom örtüklü hissəsi zaman keçdikcə qopa bilər və iti kənarlar yarada bilər. Nəticədə sürücü və ya sərnişin xəsarət ala bilər. Problemin səbəbi təchizatçı tərəfindən həmin detalların istehsalı zamanı texniki tələblərə tam əməl edilməməsi ola bilər.
Diler mərkəzləri geri çağırılan avtomobilləri yoxlayacaq və zərurət yarandığı halda mərkəzi konsol hissələrini pulsuz şəkildə dəyişdirəcəklər.
Cümə axşamı günü bazardan əvvəlki ticarət sessiyasında "Ford Motor" şirkətinin səhmləri 0,8% bahalaşıb. İlin əvvəlindən etibarən şirkətin bazar dəyəri 9% artaraq 57 milyard dollara çatıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
