Gürcüstan hüquq-mühafizə orqanları Gürcüstan sərhədində xüsusilə böyük həcmdə bəyan edilməmiş siqaretin qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Gəlirlər Xidmətinin yaydığı məlumatda bildirilir.
Qurumun məlumatına görə, Belarusda qeydiyyatdan keçmiş beynəlxalq daşımalar həyata keçirən yük avtomobilinin sürücüsü Gürcüstan Azərbaycanla dövlət sərhədinin “Qırmızı Körpü” gömrük-keçid məntəqəsi vasitəsilə keçib.
Nəqliyyat sənədlərinə və yükü müşayiət edən digər sənədlərə əsasən, yük maşını Çex Respublikasına göndərilmək üçün 290 ədəd metal qapı daşıyırıb.
Gömrük əməkdaşları risk təhlili əsasında yük maşınını ətraflı yoxlama üçün saxlayıblar və metal qapılardan birinin iç hissəsini açdıqda orada gizlədilmiş 1 496 qutu bəyan edilməmiş siqaret aşkar ediblər.
“Yükün tam yoxlanışı zamanı ümumilikdə 433 840 qutu müxtəlif markalı filtrlənmiş siqaret aşkar edilərək götürülüb. Bunlar arasında "Menthol Queen", "NZ" və "MINSK" markaları da var”, – məlumatda qeyd olunur.
Aksiz markası ilə nişanlanması məcburi olan siqaretlərin ümumi bazar dəyəri 2 429 504 lari (təxminən 1.54 milyon manat) təşkil edib.
İş materialları sonrakı tədbirlər üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
