İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail Tehran və Vaşinqton arasında münaqişənin tənzimlənməsi ilə bağlı memorandumun imzalanmasını hər vasitə ilə pozmağa çalışır.
"PostMedia" xəbər verir ki, bu barədə o, İranın dövlət televiziyasında çıxışı zamanıd eyib.
“Bu sazişin düşmənləri var və onların başında sionist rejim dayanır. Sionist rejimin sazişi pozmaq cəhdləri barədə detalları daha sonra açıqlayacağam. Əgər indi detallara girsəm, bu gərginliyə səbəb olar və sazişin imzalanmasını təhlükəyə atar”, — deyə o, İran dövlət televiziyasının efirində bildirib.
Daha əvvəl Əraqçi qeyd etmişdi ki, Tehran və Vaşinqton münaqişəyə son qoymalı olan memorandumun imzalanmasına indiyə qədər olmadığı qədər yaxındır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
