Serbiya Azərbaycana "Nora B-52NG" özüyeriyən haubitsaların yeni partiyasını göndərir.
"PostMedia" xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Qeyd olunur ki, bundan əvvəl də oxşar artilleriya sistemləri Azərbaycana tədarük edilib və Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib. Həmçinin Azərbaycanın Serbiya istehsalı olan 155 mm-lik "Nora B-52NG" özüyeriyən haubitsalarını satın aldığı barədə məlumat verilib.
Bundan əlavə, son günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov rəsmi səfərlə Serbiyada olub və onu ölkə prezidenti Aleksandar Vuçiç qəbul edib.
Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
