6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Araqçi: "İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır"

12-iyun-2026
Araqçi: "İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır"
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail Tehran və Vaşinqton arasında münaqişənin tənzimlənməsi ilə bağlı memorandumun imzalanmasını hər vasitə ilə pozmağa çalışır.

"PostMedia" xəbər verir ki, bu barədə o, İranın dövlət televiziyasında çıxışı zamanıd eyib.

“Bu sazişin düşmənləri var və onların başında sionist rejim dayanır. Sionist rejimin sazişi pozmaq cəhdləri barədə detalları daha sonra açıqlayacağam. Əgər indi detallara girsəm, bu gərginliyə səbəb olar və sazişin imzalanmasını təhlükəyə atar”, — deyə o, İran dövlət televiziyasının efirində bildirib.

Daha əvvəl Araqçi qeyd etmişdi ki, Tehran və Vaşinqton münaqişəyə son qoymalı olan memorandumun imzalanmasına indiyə qədər olmadığı qədər yaxındır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930