6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

16-iyun-2026
Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub
Yazı Ölçüsü:

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Yetten arasında telefon danışığı olub.

Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

"PostMedia" paylaşımı təqdim edir: “Bu gün Niderlandın Baş naziri Rob Yetten (@MinPres) mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930