6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstan Dəmir Yollarının keçmiş baş direktoru axtarışa verilib

16-iyun-2026
Gürcüstan Dəmir Yollarının keçmiş baş direktoru axtarışa verilib
Yazı Ölçüsü:

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gürcüstan Dəmir Yolları” ASC-nin keçmiş baş direktoru David Peradze və daha 7 nəfərə qarşı cinayət işi açıb.

"PostMedia" xəbər verir ki, istintaq onların 17,8 milyon lari məbləğində dövlət əmlakını mənimsədiyini iddia edir.

Məlumata görə, 8 şübhəlidən 2-si, o cümlədən David Peradze barəsində axtarış elan olunub, digər 5 nəfər isə Tbilisidə saxlanılıb. Təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

İstintaqın versiyasına əsasən, 2019-cu ildə Peradzenin rəhbərliyi altında yaradılmış mütəşəkkil qrup “Gürcüstan Dəmir Yolları”na məxsus iri həcmdə qara metalı qanunsuz yolla ələ keçirib. Metalların daşınması, kəsilməsi və satışı üçün saxta şirkətlərdən və saxta sənədlərdən istifadə olunub. Nəticədə 2020–2021-ci illərdə şirkətə məxsus 22 120 ton qara metal mənimsənilib və sonradan 17,39 milyon lariyə satılıb.

Araşdırma zamanı daha bir korrupsiya sxemi də üzə çıxıb. Belə ki, dəmir yolu relslərinin təmiri ilə bağlı təxminən 1 milyon dollarlıq müqavilə çərçivəsində görülən işlərin həcmi süni şəkildə artırılıb. Saxta aktlar əsasında podratçı şirkətə əlavə olaraq 403 min lari ödənildiyi müəyyən edilib.

Qeyd edək ki, David Peradze 22 noyabr 2017-ci ildən 7 may 2025-ci ilədək “Gürcüstan Dəmir Yolları”nın baş direktoru vəzifəsində çalışıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930