6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

"Cargo Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb

16-iyun-2026
"Cargo Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb
Yazı Ölçüsü:

"SpaceX" şirkətinə məxsus "Cargo Dragon" yük gəmisi NASA ilə birgə həyata keçirilən 34-cü kommersiya missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.

"PostMedia" xəbər verir ki, təxminən 15 saatdan sonra o, ABŞ-nin Kaliforniya ştatı sahilləri yaxınlığında okeana eniş edəcək.
Gəminin ayrılması ABŞ-nin şərq sahili vaxtı ilə saat 12:25-də (Bakı vaxtı ilə 19:25) avtomatik rejimdə həyata keçirilib.
"Cargo Dragon" 17 maydan bəri stansiyada idi. O, Yerə müxtəlif elmi materiallar gətirir, o cümlədən 3D bioprinterlə hazırlanmış qığırdaq toxuması nümunələri və xərçəng xəstəlikləri ilə mübarizə tədqiqatları üçün materiallar.
ABŞ tərəfi üçün Beynəlxalq Kosmik Stansiyaya yük daşıyan digər gəmilərdən biri də "Northrop Grumman" şirkətinin "Cygnus" gəmisidir, lakin "Cygnus" Yerə qayıtmır - o, atmosferdə yanaraq kosmik tullantılarla birlikdə məhv olur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930