Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin son günlərdə keçirdiyi tədbirlər nəticəsində 94 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.
"PostMedia" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Ölkədən deportasiya olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, Türkmənistan, Hindistan, Pakistan, Misir, Nigeriya, Çin, Özbəkistan, Əlcəzair, Banqladeş, İordaniya, Livan, Tacikistan, Uqanda və digər ölkələrin vətəndaşları var.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.
Ölkədən deportasiya olunan əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək müddətə qadağa qoyulur. Bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.
Son dövrlərdə ölkə üzrə intensiv şəkildə həyata keçirilən miqrasiya nəzarəti tədbirləri profilaktik xarakter daşıyıb və nəticədə Gürcüstanda qanunsuz yaşayan bir çox əcnəbi ölkəni könüllü şəkildə tərk edib. Cari ilin ilk rübündə artıq 2 mindən çox qanunsuz miqrant Gürcüstanı könüllü olaraq tərk edib.
Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 2026-cı ildə Gürcüstandan 3 500–4 000 arası qanunsuz miqrantın deportasiya olunması planlaşdırılır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
