“Güclü Ermənistan” blokunun seçki siyahısında yer alan, Ermənistan Elektrik Şəbəkələrinin (ENA) keçmiş direktoru David Qazinyan saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.
Qurumdan bildirilib ki, Qazinyan seçki rüşvəti verməyə hazırlıq ittihamı ilə saxlanılıb.
Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası Prokurorluğun təqdimatını təmin edərək, deputatlığa namizəd olan David Qazinyana qarşı cinayət təqibinin başlanmasına razılıq vermişdi.
Daha əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Baş Prokurorluğa müraciət edərək, deputatlığa namizəd kimi qeydiyyata alınmış Qazinyanın toxunulmazlığının ləğvi üçün MSK-ya təqdimat verilməsini istəmişdi.
Komitənin məlumatına görə, aparılan əməliyyat tədbirləri nəticəsində “Güclü Ermənistan” partiyasının Yerevanın Arabkir rayonundakı qərargahında məsul şəxs təyin olunmuş şəxslərin, eləcə də David Qazinyanın partiya tərəfdarları və onlarla əməkdaşlıq edən bir qrup şəxslə əvvəlcədən razılaşaraq seçicilərə seçki rüşvəti vəd etdikləri və verdikləri barədə faktlar əldə olunub.
Faktla bağlı cinayət işi başlanıb, bir neçə nəfər saxlanılıb, axtarışlar və digər istintaq hərəkətləri həyata keçirilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
